Samsung-dan insanabənzər robot

27-02-2018 / 13:46

Samsung şirkəti süni intellektlə təchiz edilmiş insanabənzər Saram robotunun hazırlanmasını başa çatdırıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, o, şirkət zavodlarının anbarlarında ağır əşyaların qaldırılması və ya yerdəyişməsi üçün istifadə ediləcək robot-manipulyatordur.

Bununla belə, Cənubi Koreya istehsalçısı robotdan cərrahiyyə sahəsində və ya ev şəraitində istifadə üçün onun funksiyalarının genişləndirilməsi ilə bağlı planlarını açıqlayıb.

Samsung bu yaxınlarda robotların vertikal hərəkət etməsi texnologiyası üzərində işi tamamlayıb.

Texnologiya ikiayaqlı robotlara stabil duruşu saxlamağa kömək edərək səthin mailliyinin dəyişməsi zamanı baldırla pəncəni birləşdirən oynaq bucağını tənzimləməyə imkan verir. Şirkət, həmçinin xəritələrin yaradılması üçün yerləri tanıyaraq vizual informasiya toplayan robot hazırlamağı planlaşdırır.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə