Samsung-dan telefon istifadəçilərinə 100 dollar hədiyyə- Kampaniya

13-10-2016 / 13:07

Samsung Note 7 smartfonlarına görə itirdiyi istifadəçiləri geri qazanmaq üçün kampaniyaya başlayır.

Xeberler.az xarici mediaya istindən məlumat verir ki, Note 7 iflasından sonra özünü toplamağa çalışan Samsung istifadəçilərin Samsung yerinə iPhone alma ehtimalının qarşısını almaq üçün 100 dollarlıq hədiyyə çeki verir.

İlk olaraq ABŞ və Cənubi Koreyada başladılan kampaniya ilə əgər Note 7-ni başqa bir Samsung cihaz ilə dəyişdirməyi seçsəniz, 100 dollarlıq bir hədiyyə çeki sizlərin olacaq.

Bununla yanaşı,  yeni bir Samsung yerinə başqa bir telefon olacaqsa da , yenə də Samsung-dan sizə 25 dollar dəyərində bir hədiyyə çeki də gələcək.

Məlumat verdiyimiz kimi, bir neçə gün öncə Samsung şirkəti  Galaxy Note 7-in istehsalını dayandırdığını elan etdi.

 

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə