Samsung-dan yeni ekoloji telefon

21-10-2009 / 08:53

Samsung ətraf mühiti nəzərə alan telefonlar istehsal etməkdədir. Koreyalı elektronik nəhəngi telefonun istehsalını tamamlayıb. S7550 Blue Earth (Mavi Dünya) adı verilən telefon ilk olaraq Avropa bazarına çıxacaq.

S7550-nin ətrafsevərliyi istehsal mərhələsində başlayır. Böyük nisbətdə təkrar emal edilmiş plastik su şüşələrindən istehsal edilən telefonun təbiəti qorumaq funksiyaları çoxdur. Samsung, telefonun üzərində getdiyiniz məsafəni ölçən bir cihaz var. Telefonun təqvim xüsusiyyətində dünya səviyyəsində ətrafsevər fəaliyyətlərə aid günlər əvvəldən işarələnilmiş olaraq satılacaq. Bundan əlavə telefonun arxa hissəsindəki kiçik günəş paneli, telefonun daha təbii üsullarla şarj edilməsini təmin edəcək.

130 MB daxili yaddaşı olan telefonun tutumu microSD kartlarla 16 GB-ə qədər artırıla bilir. Yeni telefonun əlaqə variantları arasında WI-FI , Bluetooth v2.1 + A2DP mövcuddur. FM radiosu da olan Blue Earthın bir başqa maraqlı xüsusiyyəti "Eco Walk”-dur. Eco Walk xüsusiyyəti gedərkən neçə addım atdığınızı hesablayır və motorlu vasitələrdən istifadə etməyərək karbon 4- oksidi nə qədər azaltığınızı göstərir.

Samsung S7550 Blue Earth-ın noyabrda ilk olaraq İsveçdə bazara çıxarılacağı planlaşdırılır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.