Samsung Galaxy Note 7-nin istehsalını dayandırır

10-10-2016 / 14:01

Samsung şirkəti  Galaxy Note 7-in istehsalını dayandırır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, şirkət Galaxy Note 7-nin istehsalını dayandırmaq qərarını Cənubi Koreya, ABŞ və Çindəki istehlakçı təhlükəsizliyi təmin edən qurumlarla birlikdə verib.

İstehsalı dayandırma qərarının "müvəqqəti bir müddət üçün" olduğu deyilsə də,   hələlik dəqiq bir zaman aralığından bəhs edilmir.

Məlum olduğu kimi, Galaxy Note 7 böhranının dərinləşməsi cihazın batareyası ilə əlaqədər ilk şikayətlərlə başladı.

Bu ciddi problemin fərqinə gec də olsa varan Samsung, dünya çapında 2,5 milyon  Galaxy Note 7-ni yenisi ilə dəyişdirməyə başladı. Amma görünür bu da  problemi həll etməyib.

Galaxy Note 7 Samsung-un bu günə qədər ən böyük cihaz toplatma əməliyyatı olaraq tarixə düşüb.

Məsələ ilə bağlı Samsung rəsmi açıqlama verməyib.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə