Samsung Galaxy S Edge artıq gəlir

29-01-2015 / 12:46

Cənubi Koreya nəhənginin çıxaracağı yeni modelin adı "SamsungGalaxy S Edge" olacaq. İngilis operatoru Vodafone-nun internet saytından yayılan bu məlumat Hollandiya əsaslı Galaxy Club qrupu tərəfindən qaynaq kodlarında tapılıb. Kodlarda "SamsungGalaxy S Edge-nin ön sifarişi" haqqında müxtəlif məlumatlar verilib. Bu, telefonun adının qətiliyi mövzusunda əsaslı bir iz ola bilər.

Ekranın bir hissəsinin əyilmiş olduğu fərqli və maraqlı bir model olan Samsung Galaxy Edge kritiklər tərəfindən müxtəlif yorumlar almışdı. Bu yorumlar arasında telefonun, xüsusilə, əldə tutma mövzusunda ciddi problemləri olduğu da vardı. Samsung Galaxy S Edge-də isə şirkətin əyri ekran yayaraq iki tərəfdə də istifadə olunacağı məlumatları verilib.

Yeni Galaxy S modellərinin hansı prosessorla təqdim olunacağı da hələ qeyri-müəyyənliyini qoruyan bir digər mövzudur. Plastik korpuslu Galaxy S5-dən sonra yeni modellərin metal korpusla gələcəkləri gözlənilir.

Galaxy S6 və Galaxy S Edge haqqında şayiələr davam edir. Belə məlum olur ki, mart ayı ərzində Barcelonada reallaşdırılacaq olan Mobile World Congress-dən əvvəl şirkət tərəfindən hər hansı bir məlumat verilməyəcək. Bu səbəbdən də hələlik ətrafda gəzən şayiələrlə  kifayətlənmək məcburiyyətindəyik.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə