Samsung Galaxy S6 Active-nin detalları açıqlanıb

16-03-2015 / 19:16

Samsung Galaxy S6-nın suya və toza davamlı versiyası olan Samsung Galaxy S6 Active haqqında ilk detallar istifadəçilərə bildirilib.

Hindistan şirkəti Zauba-nın verilənlər bazasında təsbit edilən yeni məlumatlar hələ Samsung tərəfindən rəsmi olaraq tanıdılmayan Samsung Galaxy S6 Active-nin gün üzünə çıxmasını təmin edib. Mobifo tərəfindən yayılan bu məlumatlara görə, Galaxy S6-ya nisbətən daha möhkəm bir dizayna sahib olacaq olan Samsung Galaxy S6 Active 5.1 düymlük orijinal versiyanın əksinə 5.5 düymlük sensor ekranla bazara çıxarılacaq.

Ekran ölçüsündə görülən bu dəyişiklik xaricində Samsung Galaxy S6 ilə Active modeli arasında çox da fərq gözlənilməsə də, suya və toza davamlı bu yeni versiyanın istifadəçilər tərəfindən maraqla qarşılanması gözlənilir. İlk olaraq, ABŞ-ın məşhur telefon operatorlarından biri olan AT & T-nin istifadəçilərinə təqdim ediləcək olan Galaxy S6 Active-nin may ayında istifadəyə təqdim ediləcəyi bildirilir.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə