Samsung Galaxy S8 necə olacaq?

17-03-2017 / 15:25

Samsung Galaxy S8 smartfonu ödənişlərin təsdiqi üçün insan sifətinin tanınması texnologiyası ilə təchiz ediləcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yeni model həmçinin uyğunlaşdırılmış barmaq izi, gözün qüzehli qişasının tanınması texnologiyalarına malik olacaq.

Sifətin tanınması texnologiyasından proqramlara, o cümlədən Samsung Pay əlavəsinə daxil olmaq üçün istifadə mümkün olacaq. Bundan başqa, Cənubi Koreya şirkəti digər banklara məxsus proqramları da bu texnologiya ilə təchiz etmək üçün onlarla danışıqlar aparır.

 Galaxy seriyasından olan əvvəlki smartfonlar bu texnologiyaya malik olsalar da, onlar yalnız qurğunun blokdan çıxarılması funksiyasını yerinə yetiriblər. Samsung Galaxy S8  isə şirkətin texnologiyadan ödənişlər üçün istifadəyə imkan verən ilk qurğusu olacaq.

Samsung Galaxy S8 smartfonunun martın sonunda təqdim ediləcəyi gözlənilir.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.