Samsung PlayStation oyunlarını televizorlara gətirir

03-01-2016 / 14:52

Bir çox sektorda əvvəlcədən də fəaliyyət göstərən, ötən aylarda  isə siyasətini dəyişdirərək bütün sektorlarda olmağı bacaran Samsung  ağıllı televizorlar üzərində işlədiyi layihəsini davam etdirir.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu dəfə Samsung  ağıllı televizorlarda oyunları inkişaf etirmək üçün PlayStation ilə əməkdaşlığa başlayıb və müqavilə imzalayıb.

Bununla bağlı  açıqlama verən Samsung-un rəsmisi bildirib ki, şirkətin məqsədi ağıllı televizorlarda oyun sektorunda da  inkişaf etdirməkdir.

Şirkət rəsmisinin sözlərinə görə, Samsung-un ağıllı televizorlarında 400- oyunu oynamaq, 100 oyunu isə yükləmək imkanı olacaq.

Yəni, ümumi olaraq televizorda 500 oyun olacaq.

Mütəxəssislər hesab edir ki, bu, bir ağıllı televizor üçün böyük rəqəmdir.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə