Samsung sınmayan ekran hazırladı

26-07-2018 / 12:43

Son illərdə istehsal edilən flaqman telefonlarında istifadə olunan ekranlar OLED texnologiyasına sahipdir. Bu telefonlar ətraf elementlerə qarşı həss olur və fiziki qurluşlarına görədə onları qorumaq çətindir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Samsung gələcəkdə cihazlarda istifadə edilməsi üçün yeni ekran qoruması hazırlayıb.

Belə ki, şirkət Gorilla Glass kimi şüşə yerinə, zərbələri udacaq elastik plastikdən yararlanacaq.

Qeyd edək ki, plastik ekran texnologiyasının zamanla asanlıqla deformasiyaya uğrayacaq olması narahatlıq yaradır.

Bildirək ki, Galaxy Note 9 və gələn ilin əvvəlində təqdim ediləcək Galaxy S10-nun dizayanları başa çatdığına görə, bunlarda Samsungun yeni ekran texnologiyasından istifadə edilməyəcək.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.