Samsung-un yeni soyuducusu sensor ekrana sahib olacaq

05-01-2016 / 11:05

Fərqli  elektron cihazlarla tanınan Samsung indi də böyük bir sensor ekrana malik olan soyuducu istehsal etdiyini açıqlayıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, bu soyuducunun sensor ekranı əsas kontrol mərkəzi olacaq.

Soyuducunun avtomatik idarə edilməsi ilə yanaşı onun üzərində musiqi dinləyə, alış-veriş siyahısı hazırlaya, xəbərləri oxuya biləcəyiniz kimi funksiyalar istifadəyə veriləcək.

Bu soyuducu əslində Samsung-un istehsal etdiyi ilk sensor soyuducu deyil.

Belə ki, şirkətin bundan başqa 8 sensor ekrana malik digər modelləri də var.

Bu yeni modeli ilə birlikdə sensor ekran ölçüsünü təxminən 3,5 qat artıran Samsung yeni soyuducularda Android və ya Tizen proqramlarına oxşar bir sistem tətbiq etməyə hazırlaşır.

 

Ruhəngiz Muradova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə