Samsung yeni televizor təqdim edib

07-04-2015 / 14:40

Samsung şirkəti yeni nəsil maye kristal televizorlarını təqdim edib. Televizorlar Tizen sistemi ilə işləyir.

Xəbərlər Tdaily.ru-ya istinadən xəbər verir ki, televizorların ən ucuz modelinin qiyməti 950 dollar, ən bahalı modelinin qiyməti isə 10 min dollardır.

Ən ucuz model olan JU6700 Ultra HD formatlı əyri ekrana malikdir, ekranın ölçüsü 3840-2160 pikseldir.

Modeldə “kvant nöqtələri” (şəkilin parlaqlığını yüksəltmək və rəng verilişi) istifadə olunmur.

Ən ucuz SUHD televizoru 3 min dollar dəyərindədir. 50 düymlük SUHD abreviaturalı televizor 4 min dollar, 65 düymlük 6,5 min dollar, 78 düymlük isə 10 min dollar məbləğindədir.

Məlumatların ötürülməsi üçün “WI-FI Direct” standartından istifadə olunur.

Mobil qurğuların televizora qoşulması Bluetooth vasitəsilə həyata keçirilir.

Ruhəngiz Muradova

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə