Samsunglara VR dəstəyi

11-05-2015 / 15:45

Əgər Samsung Galaxy S6-ınız varsa və VR(virtual reallıq) maraq dairənizə daxildirsə, o zaman satışa çıxan Gear VR, yəni Galaxy S6 üçün virtual reallıq başlığını ala bilərsiniz.

Xəbərlər-in verdiyi məlumata görə, bu cihaz artıq satışdadır və endirimlə Best Buy mağazalarında 199 dollardan satışa çıxarılır. İlk dəfə olaraq Dünya Mobil Konqressində işıq üzü görən Gear VR artıq kütləvi satışdadır. Samsung-un təzə telefonlarına, həmçinin Note 4-ə də uyğundur.

Mart ayından bu zamana qədər çox da dəyişməyən Gear VR-ın sağ və sol hissələrində yeni toxunmalı yerlər əlavə olunub və işlədilməsi daha da rahatlaşıb. Oyun oynamaq isə real həyata çox yaxındır. Adroid sistemli telefon olan Samsung üçün VR oyunlar qurmaq daha asan və effektiv olduğu üçün insanların Oculus Riftdən daha çox buna üstünlük verəcəkləri düşünülür.

İsmayıl İsmayılov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə