SanDisk Extreme IV CompactFlash – “İkiqat həcm və yüksək sürət”

24-09-2008 / 11:40
Bu başlıqla SanDisk şirkətinin Extreme IV seriyasının CompactFlash standartlı yeni fleş-yaddaş kartı buraxılıb.
Əvvəlki kimi, Extreme IV seriyasından olan kart rəqəmsal fotoşəkillərin həvəskarları və peşəkarları üçün nəzərdə tutulub. Buna görə də kart təkmilləşdirilmiş xarakteristikaya malikdir. Qeyd olunur ki, yeni daşıyıcılar əvvəlkilərdən 12,5 % səmərəlidir. Bu o deməkdir ki, yaddaş kartları daha sürətli – 45 MB/s. ilə işləyə bilərlər.
Yeni məhsul Photokina sərgisində nümayiş olunacaq.
SanDisk Extreme IV CompactFlash (300X) qurğusu bu tip kartlarla işləyən bütün kameralara və UDMA rejiminə tamamilə uyğundur. Onlar -25С –dən  +85С-yə qədər temperaturda işləyir və istehsalçı tərəfindən ömürlük zəmanət verilir.
Həcmlərə görə qiymətləri belədir:
• 4 GB - 120 $
• 8 GB - 240 $
• 16 GB - 400 $
Bundan əlavə, alıcı bu kartlarla işləmək üçün 80 dollar ödəyərək əlavə qurğular da ala bilər.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə