Saytlarda hakerin şifrəyə müdaxilə müddətini öyrənmək mümkün olacaq

25-12-2015 / 18:06

Rusiyada İnformasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində fəaliyyət göstərən Kasperski Laboratoriyasında şifrənin təhlükəsizlik səviyyəsinin yoxlanılması üçün onlayn xidmət yaradılıb.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, yeni xidmət vasitəsilə saytda hakerin şifrəyə müdaxilə müddətini öyrənmək mümkündür.

Qeyd olunub ki, istifadəçilər çox vaxt asanlıqla tapıla bilən simvollardan istifadə edərək şifrənin təhlükəsizlik səviyyəsinə bir o qədər əhəmiyyət vermirlər. Hər bir istifadəçi hesabının, xüsusən maliyyə proqramlarının təhlükəsizliyini qorumaq üçün unikal şifrələrdən istifadə etməlidir. Hakerin şifrəyə müdaxilə müddətini öyrənmək üçün yeni xidmət vasitəsilə sayta rəqəm və hərflərdən ibarət şifrə daxil olunmalıdır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.