Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

05-10-2015 / 17:23

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (İB) və Aztelekom MMC Azərbaycanda parlament seçkilərinin keçiriləcəyi seçki məntəqələrində veb-kameraların quraşdırılması üzrə texniki işləri yekunlaşdırıb.

Bu barədə Xeberler.az-a İB-dən məlumat verilib.

Azərbaycanın rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında mindən çox seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bakının seçki dairələrindəki məntəqələrdə 294 veb-kamera quraşdırılıb.

Hazırda sınaq işləri aparılır. Videogörüntünün ötürülməsi üçün optik rabitə xətlərindən istifadə olunacaq.

Səsvermənin gedişi onlayn rejimdə əlçatan olacaq ki, bu da seçicilərə seçki məntəqələrindən daxil olan nəticələri interaktiv izləməyə fürsət verəcək.

Parlament seçkilərinin keçiriləcəyi seçki məntəqələri etibarlı telefon rabitəsi və internet şəbəkəsinə çıxışla da təmin ediləcəklər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə