Secki2010.info-da səsvermə başa çatdı

04-11-2010 / 11:58

“Azərbayt” İnternet İstifadəçiləri İctimai Birliyi və Qaynar.info Milli Xəbər portalının birgə layihəsi olan Secki2010.info internet səsverməsi noyabrın 3-də başa çatıb. Bu barədə məlumat verən layihə rəhbəri Şahmar Bayramlının sözlərinə görə, 13 gün davam edən səsvermədə bütün dairələr üzrə bütövlükdə 34194 seçici iştirak edib. Onun sözlərinə görə, ən çox seçici fəallığı 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb(2102 səs). Seçicilərin ən az fəallıq göstərdiyi dairə isə 102 saylı Samux-Şəmkir seçki dairəsi olub(44 səs).


Şahmar Bayramlının sözlərinə görə, seçicilər dairələr üzrə nəticələrlə Secki2010.info saytına daxil olmaqla tanış ola bilərlər:”Mən bu sesverməni digər səsvermələrdən ən obyektiv və reallığa əsaslanan hesab edirəm. Təsadüfi deyil ki, digər səsvermə saytlarından narazılıq durmadan artsa da, bizə olan iradlar yox səviyyəsindədir. Bütün bunları əsas götürərək, sabahdan etibarən  səsvermənin nəticələrini dairələrə və beynəlxalq təşkilatlara göndərəcəyik”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə