”Seçkilərin müasir standartlara cavab verməsi üçün İKT-dən tam istifadə olunub”

01-11-2015 / 12:11

“Seçkilərin müasir standartlara cavab verməsi üçün informasiya-kommunikasiya texnologiyalarından tam istifadə olunub”.

Xeberler.az APA-ya istinadən bildirir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. O bildirib ki, seçkidə nazirliyin əsas işlərindən biri veb-kamera vasitəsilə müşahidə sisteminin təşkili, Mərkəzi Seçki Komissiyasının xüsusiləşdirilmiş rabitə sisteminin, o cümlədən, rabitə şəbəkəsinin normal hala gətirilməsidir: “Eyni zamanda gün ərzində müəyyən statistik məlumatların ötürülməsi, ən əsası isə seçkidə təbliğatın normal keçməsi üçün internetin daha yaxşı çalışması həyata keçirilib. Ümumilikdə, bütün vasitələrdən istifadə olunur ki, seçkilər müasir standartlara cavab versin”.

Nazir eyni zamanda seçki prosesi ilə bağlı fikirlərini də bildirib: “Seçkilər şəffaf və demokratik şəkildə keçirilir. Fəallıq müşahidə olunur. Burada texniki sistemlərin hamısı normal işləyir. Kameralarla çəkiliş aparılır. Kameralar vasitəsilə seçkiyə gələnlərin sayını, aktivliyini, ümumi ab-havanı izləmək olur. Bu gün Azərbaycana imkanı olmayıb gələ bilməyən müşahidəçilər belə kamera vasitəsilə müşahidə apara bilərlər”.

Qeyd edək ki, Ə. Abbasov da səsvermə hüququndan istifadə edərək seçkilərdə səs verib.

 

Xeberler.az 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.