Seedstars World-də Azərbaycanı Kvotter təmsil edəcək-Foto

19-06-2016 / 19:29

Azercell-in dəstəyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə 18 iyunda Qafqaz Universitetinin Texnoparkında növbəti dəfə azərbaycanlı startaplar arasında Seedstars World müsabiqəsinin yerli seçimləri keçirilib.

Xeberler.az-ın məlumatına görə, münsiflərin səsverməsi nəticəsində 2017-ci ildə Azərbaycanı Seedstars World müsabiqəsində təmsil edəcək qalibin adı açıqlanıb.

Beləliklə 2017-ci il İsveçrədə dünyanın ən yaxşı startapı adını almaq uğrunda Kvotter layihəsi yarışacaq. Seçimlər nəticəsində II yerin qalibi Foodlook, III yerin sahibi isə Keep Face olaraq müəyyənləşiblər.

İkinci yerin qalibi Huawei şirkəti tərəfindən  təqdim olunan mobil telefon cihazlarını, III yerin sahibi isə Barama-dan hədiyyələr qazanıb.

 Azercell-in Müştəri Kanallarının İdarəedilməsi departamentinin rəhbəri və Barama Biznes İnkubatorun baş meneceri, ölkə üzrə müsabiqənin təşkilatçısı və Seedstars Səfiri İmran Bağırov bu il keçirilən yerli seçimlərdə uğurlu layihələrin daha çox olduğunu vurğulayıb.

 Məlumat üçün bildirək ki, Seedstars World müsabiqəsinin yerli seçimləri nəticəsində 1-ci mərhələdən seçilmiş 10-12 startap ölkədə təşkil olunan tədbirdə iştirak edib, juri və bu sahənin mütəxəssisləri qarşısında startuplarının təqdimatını ediblər. Bu tədbir inverstorlar, şirkətlərin nümayəndələri, universitetlər və ekosistemin iştirakçılarını bir araya gətirir. Yerli yarışmanın qalibi seçilən startup qlobal Seedstarsworld-də ölkəsini təmsil etmək üçün İsveçrəyə bütün xərclər qarşılanmaqla səyahət edir. Ən əsası qalib layihə investisiya uğrunda qlobal startuplar ilə mübarizə aparır.

 Onu da qeyd edək ki, Seedstars World inkişaf etməkdə olan və sürətlə böyüyən startap bazarında bacarıqlı gəncləri müəyyənləşdirmək üçün keçirilən qlobal müsabiqədir. Yarışmanın əsas məqsədi inkişafda olan ölkələrin sahibkarlarına diqqət yönəltmək, onlara yardım etməkdən ibarətdir.

Ötən il Seedstars World 36 ölkəni əhatə edirdisə, artıq 2016-cı ildə iştirakçı ölkələrin sayı 60-a çatıb. Müsabiqə Silikon Vadi (Kaliforniyanın yüksək texnologiya şirkətlərinin toplaşdığı bölgəsi) və Qərbi Avropadan olan sahibkarların diqqətini cəlb edib. Müsabiqənin sabiq iştirakçıları dünya üzrə 360-dan artıq iş yeri yaratmaqla, öz layihələrinə ümumilikdə 20 milyon ABŞ dolları həcmində sərmayə cəlb ediblər.

Qeyd edək ki, bu ildən Seedstars World müsabiqəsində yaradılan yeni STARS istiqaməti səyahət və maliyyə texnologiyaları sənayesi sahəsindəki startaplara da öz bacarıqlarını göstərmək imkanı yaradır.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.