“Seedstars World İstanbul”un nəticələri açıqlandı

29-10-2015 / 14:03

İnkişaf etməkdə olan və texnologiya ekosisteminin  sürətlə böyüdüyü  ölkələrdə təşkil edilən, başlanğıc mərhələsində olan startaplara dəstək verən “Seedstars World”  İstanbulda da təşkil edilib.

Xeberler.az-ın məlumatına görə, müsabiqənin nəticələri açıqlanıb.

Belə ki, müsabiqənin  final mərhələsində  16 startap layihəsi  arasından Evraka layihəsi 1-ci yerə çıxaraq  İsveçrədə təşkil ediləcək böyük finalda Türkiyəni təmsil etmə imkanı qazanıb.

Qeyd edək ki, son vaxtlarda   uğurlu fəaliyyət  ilə diqqət çəkən  Evraka  bu il ilk dəfə təşkil edilən  “Webrazzi Arena" yarışmasında finala qalan 12  startapdan biri olub.Yarışmanın final mərhələsində isə 2-ci olub.

Evraka  konteynerlerə yerləşdirdiyi sensorlar vasitəsilə konteynerə aid doluluq, mövqe, istilik kimi məlumatları  hesablayıb təxmin edərək bunu  tullantı toplayan sürücüyə təqdim edir. Bu da sürücünün  toplaması lazım olan tullantları  təqib etməsi və  ona ən yaxın marşrutları gündəlik olaraq avtomatik təyin  etmə imkanı yaradır.

Qeyd  edək ki, layihə inkişaf etdirdiyi bu  sistemlə tullantı toplama sistemlərinin xərclərini yüzdə 45-ə qədər azaldıb.

Məltəm Talıbzadə 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə