Şəhid ailələri övladları üçün ödənişsiz proqramlaşdırma kursu

17-05-2019 / 17:25

Matrix komandası həyata keçirdiyi bir çox təqaüd proqramları ilə ödənişsiz şəkildə tələbələrin maarifləndirilməsi istiqamətində çalışaraq onların inkişafının bir parçası olmağa nail olub.

Xeberler.az bildirir ki, Matrix bu dəfə şəhid ailələrinin övladları üçün ödənişsiz olaraq nəzərdə tutulmuş yeni Front-End proqramlaşdırma qruplarına qeydiyatı açıq elan edir.

Dərslər həftədə 2 dəfə hər dərs 2 saat olmaqla tədris olunacaq. Dərslər 10 moduldan ibarət olmaqla tədris olunacaq. Bu period ərzində sıfırdan HTML, CSS, JS fundamental biliklərin mənimsədilməsi, portfolio ola biləcək işlərin görülməsi planlaşdırılmışdır.

Yerlər məhduddur. İlk qruplara maksimum 20 tələbə seçiləcəkdir.

Qeyd edək ki, qeydiiyyat 5 iyun tarixinə qədər davam edəcək.

Qeydiyyat linki

https://bit.ly/2YyBKHS 

Əlaqə : 055 654 29 74
[email protected]


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə