Səhiyyə sahəsində rəqəmsal qeydiyyat sistemi yaradılacaq

30-12-2016 / 12:29

"Hazırda müxtəlif tibb müəssisələrində tətbiq edilən rəqəmsal qeydiyyat sistemləri qarşılıqlı inteqrasiya edilmədiyi üçün pasiyentlərin tibb işçiləri ilə görüş vaxtları və gözləmə siyahıları barədə məlumatların vahid mərkəzdə toplanması və cəmiyyətin bu məlumatlara əlçatanlığının təmin edilməsi qeyri-mümkündür".

Xeberler.az məlumat verir ki, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

Məlumata görə, bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və RYTN-nin dəstəyi ilə mərkəzi rəqəmsal qeydiyyat sisteminin formalaşdırılması nəzərdə tutulur:

“Bu səbəbdən pasiyentlərin qəbulu zamanı böyük növbələrin və gecikmələrin yaranması, görüş vaxtlarının ötürülməsi kimi problemlər müşahidə edilir ki, bu da həkimlərin və pasiyentlərin vaxt itkisi ilə üzləşməsi və səhiyyə xidmətlərinin keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir. Qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə icbari tibbi sığorta sahəsində fəaliyyət göstərən müvafiq dövlət qurumu tərəfindən Səhiyyə Nazirliyi və RYTN-nin dəstəyi ilə mərkəzi rəqəmsal qeydiyyat sisteminin formalaşdırılması nəzərdə tutulur. Yeni sistemin işlənib hazırlanması zamanı tibbi xidmət təminatçılarının istifadə etdikləri mövcud qeydiyyat sistemlərinin tamamilə yenisi ilə əvəzlənməsi izafi xərclərə və tibb işçilərinin praktiki bacarıqlarının artırılması zərurətinin yaranmasına səbəb ola bilər. Göstərilənlər nəzərə alınaraq, mövcud sistemlərin internet portalı vasitəsilə mərkəzi rəqəmsal qeydiyyat sisteminə inteqrasiya edilməsi təmin ediləcək və bu fəaliyyət üzrə vahid standartların işlənib hazırlanması nəzərdən keçiriləcəkdir”.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.