Səhiyyə sistemində yeni texnologiyanın tətbiqinə başlanıb

23-01-2018 / 16:32

Neuron Technologies şirkəti səhiyyə sahəsində informasiya sistemlərinin tətbiqində daha bir yenilik edib.

Belə ki, şirkət CAREMED adlandırılan xəstəxana informasiya sistemini yaradıb.

Sistemi artıq Xəzər Dəniz Gəmiçiliyi ASC-nin (KASPAR) ambulator tibb müəssisəsində tətbiq edilir.

Bunu Xeberler.az-a açıqlamasında Neuron Technologies şirkətinin direaktoru İsmayıl Ələkbərov deyib.

Onun sözlərinə  görə, ölkəmizdə 400-dən artıq ambulator tib müəssisələri fəaliyyət göstərir. İndi əsas hədəf CAREMED sisteminin tətbiq dairəsini genişləndirmək və həmin tibb müəssisələrini vahid klaud platformasına gətirməkdir:

“Çox mürəkkəb prosesdir, çünki burada həm ölkəmizin tibb idarəetmə sisteminin, həm tibb müəssisələrimizin maddi-texniki bazasının, həm də tibb işçilərimizin mövcud bacarıqlarının təkmilləşdirilməsi tələb olunur. Şirkətimiz tərəfindən bu istiqamətdə ölkəmizin aidiyyatı dövlət qurumlarına təkliflər təqdim edilib. Əsas arzumuz Azərbaycanda Vahid Milli Səhiyyə İnformasiya İdarəetmə Platformasını yaratmaqdır”.

İsmayıl Ələkbərov qeyd edib ki, bu platforma vasitəsilə həm ölkənin səhiyyə sistemi mütərəqqi texnologiyalara əsasən idarə oluna biləcək:

“ Həm də vətəndaşlar rahatlıqla öz onlayn akauntları vasitəsilə həkim qəbuluna yazılacaq, müalicədən əvvəl və müalicədən sonrakı həkim müayinələri, o cümlədən diaqnostik müayinələr, ultra-səs, rentgen, MRT müayinələr sistemdə əlçatan ola biləcək, hər birimizin xəstəlik tarixçəsi vahid onlayn sistemdə daim saxlanacaq, hansı xəstəxanaya, hansı həkimə müraciət etməyimizdən asılı olmayaraq, müalicə edən həkimlər pasientlərin onilliklər ərzində hansı xəstəlikləri keçirdiklərini, onlara hansı diaqnozların qoyulduğunu, hansı dərmanları qəbul etdiklərini, bu dərmanlardan əvvəlki və sonrakı laborator müayinələrinin müqayisəli cavablarını sistemdə izləyə biləcək”.

Şirkət rəhbəri onu da əlavə edək ki, apteklərlə inteqrasiya olunaraq elektron resept sistemi vasitəsilə bütün həkim reseptləri vahid sistemdə olacaq, pasientlərin müalicə nəticələri sistemdə izlənə bilinəcək, bunların sayəsində həkimlərin performansı müalicə nəticələrinə əsasən qiymətləndirilə biləcək və əhalinin sağlamlığı daha yaxşı təmin olunacaq.

Xeberler.az

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.