Şəkər xəstələrinə şad xəbər

13-04-2018 / 17:03

Məlum olduğu kimi, hər gün yüzlərlə şəkər xəstəsi barmağından qan vermək məcburiyyətində qalır.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, yeni biləklik ilə barmaqdan qan almaq tarixə qovuşacaq. Belə ki, qanda qlükozanı ölçən yeni biləklik hazırlanıb.

Elm adamları qandakı qlükozanın səviyyəsini ölçən dəri bandını real məhsula çevirmək niyyətindədir.

Qeyd edək ki, biləkliyi Böyük Britaniyada yerləşən Bath Universitetinin elm adamları hazırlayıb. Onlar laboratoriyada həm donuz, həm də insan üzərində aparılan test nəticəsində biləkliyin qanda qlükozanı ölçdüyü təsdiq edib.

Məlumata görə, biləklik bədəndə qlükozanın miqdarı artdıqda hətta istifadəçiyə telefondan məlumat da göndərəcək.

Yeni məhsulun yaxın zamanda satışa təqdim edilməsi gözlənilir.

Aləmdə Nəsib


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.