Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017 / 11:42

AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) veb-saytının yeni versiyasının təqdimat mərasimi keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə akademik R.Əliquliyev açaraq AMEA rəhbərliyinin regionlarda yerləşən elmi qurumların inkişafına daim diqqət göstərdiyini və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirdiyini bildirib.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova çıxış edərək mərkəzin www.shrem.az veb-saytının təhlükəsizliyi ilə bağlı tələbləri haqqında ətraflı məlumat verib.

G.Nəbibəyova institutun mütəxəssisləri tərəfindən hazırlanmış veb-saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə və AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğun hazırılandığını bildirib.

 Saytın təhlükəsizliyinin tam şəkildə təmin olunduğunu qeyd edən G.Nəbibəyova www.shrem.az-ın AzScienceNet Elm Kompüter Şəbəkəsinin Data Mərkəzində yerləşdirildiyini diqqətə çatdırıb.

İnstitutun sektor müdiri Əfruz Qurbanova www.shrem.az-ın informasiya siyasəti haqqında çıxış edib. O,  bildirib ki, veb-sayt elmi fəaliyyətin təbliğinin yüksək səviyyədə təşkili, cəmiyyətin elmi informasiyaya olan tələbatının ödənilməsində mühüm rol oynayır.

O, mərkəzin fəaliyyətinin təbliği məqsədilə saytın informasiya təminatının aktual vəziyyətdə saxlanılmasının başlıca şərtlərdən olduğunu nəzərə çatdırıb.

Ə.Qurbanova saytın Azərbaycan, rus və ingilis dillərində təqdim olunmasının informasiyanın, əsasən də ölkə elmində əldə olunan nailiyyətlərin geniş oxucu kütləsinə, dünya ictimaiyyətinə çatdırılması baxımından da məqsədəuyğun olduğunu vurğulayıb.

İnstitutun proqramçısı Yusif Sadıyev veb-sayt haqqında ətraflı məlumat verərək qeyd etdi ki, veb-saytın proqram təminatı və dizaynı müasir tələblərə uyğun hazırlanıb.

 Saytın Ana səhifəsi “Mərkəz haqqında”, “Xəbərlər”, “Beynəlxalq əməkdaşlıq”, “Elmi fəaliyyət”, “Konfranslar”, “Qalereya” və “Əlaqə” bölmələrindən ibarətdir. Ən son texnologiyalar əsasında yaradılmış saytda əhatəli axtarış sistemi, saytın xəritəsi və faydalı linklər mövcuddur.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə