Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018 / 14:28

Google Maps tətbiqində Qubadlı, Zəngilan, Mincivan, Cəbrayıl və bu kimi işğalda olan regionların adlarının həm azərbaycan, həm də ki, erməni dilində yazılması barədə məlumat vermişdik. Maraqlıdır, buna hansı qurum nəzarət etməlidir?

Xeberler.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti, eskpert Osman Gündüz bildirib ki, bu məsələ aktual problemdir və təəssüf ki, zaman-zaman bu problemlər təkrarlanır:

"Əsas səbəbi də odur ki, səlahiyyətli qurumlarımız dünyada xəritə servisləri təklif edən qlobal şirkətlərlə ( Google, Apple, Yandex və s.) qarşılıqlı əməkdaşlıq qura bilmirlər.

Dəfələrlə məsələ qaldırılıb ki, bu tip resurslarla əlaqədə olan, onların informasiya tələbatını ödəyən, daim onları bizdəki son coğrafi məlumatlarla təchiz edən ixtisaslaşmış şöbələr yaradılmalıdır. Yəni qlobal çağırışlara cavab verən lokal qurumlar olmalıdır. Təəssüf ki, hələlik bunlar reallaşmayıb”.

Ekspert bildirib ki, bununla bağlı yerli qanunvericilikdə də tez -tez dəyişikliklər edilib:

“Bizdə coğrafi obyektlərin adları haqqında qanun var. Bu qanuna görə adlar, onların yenilənməsi, xəritələrdə işlədilməsi, bazasının yaradılması əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə məxsus idi. 2015-ci ildə Komitə ləğv olunub və 2016-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə səlahiyyət verilib. Bu prosesdə müəyyən qədər də Əmlak Məsələləri Dövlət Komitəsi də iştirak edir.

Rəsmi qurumların çoxusunun heç xəbəri yox ki, artıq bir ildən çoxdur ki, bu sahədə cavabdeh qurum dəyişib”.

Osman Gündüz qeyd edib ki, hazırda coğrafi obyektlərin adlarının qeydiyyatı və uçotu, xəritədə işlənməsi, xəritə və atlaslarının hazırlanıb nəşr edilməsi səlahiyyətləri əsasən ETSN-ə məxsusdur:

“Düşünürəm ki, bu qurum bu sahə üzrə müxtəlif dillərdə onlayn məlumat bazaları, rəqəmsal xəritələr hazırlamalı və əhəmiyyətli ünvanlara göndərməlidir ki, qlobal resurslar istifadə edə bilsin. Həm də açıqlamalar verilməli, rəsmi müraciətlər göndərməlidir.

Eyni zamanda adi istifadəçilərimizin də bu tip məsələlərdə aktiv olması, müraciətlər göndərməsi, report etməsi, redaktə oluna bilən xəritələrin adlarının dəyişilməsində yaxından iştirak etməsi çox yaxşı olardı”.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.