Selfie çəkən mini dron hazırlanıb

27-01-2016 / 16:37

ABŞ-da xoş emosiyaların tanınması texnologiyasından istifadə edərək avtomatik şəkil çəkən ONAGOfly adlı mini dron hazırlanıb.

Xeberler.az ict.az-a saytına istindən məlumat verir ki,  2016-cı ilin yanvar ayından ABŞ-ın Federal Aviasiya İdarəsi tərəfindən çəkisi 250 qr və daha artıq olan pilotsuz uçuş aparatlarının qeydiyyatı aparılır.

ONAGOfly-ın çəkisi 136 qr təşkil etdiyindən onun qeydiyyatdan keçirilməsi tələb olunmur.

Mini dronu Indiegogo kraudfandinq (layihənin reallaşdırılması məqsədilə geniş kütlələrdən maliyyə cəlb olunması mexanizmi) servisində sifariş etmək mümkündür. Pilotsuz təyyarənin dəyəri 199 dolları təşkil edir.

Qeyd edək ki, ONAGOfly artıq Indiegogo vasitəsilə 9 min sifarişçidən 1,8 milyon dollar maliyyə vəsaiti cəlb edib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə