Şəmkirdə distant təhsil mərkəzi yaradılıb

01-09-2015 / 14:41

Sentyabrın 15-də Şəmkirin  dağ kəndləri olan Nərimanlı və Hacallıda mövcud məktəb binaları əsaslı təmirdən sonra istifadəyə veriləcək.

Xeberler.az  bildirir ki, Şəmkir rayon Təhsil Şöbəsindən verilən məlumata görə, yeni dərs ilində bəzi yeniliklər də olacaq.

Belə ki, Nizami Gəncəvi adına Şəmkir şəhər tam orta məktəbində distant təhsil mərkəzi yaradılıb ki, burada da sağlamlıq imkanları məhdud olan uşaqlar təhsil ala biləcək. Mərkəzin müəllimləri müasir texnologiyalar vasitəsi ilə tək rayon mərkəzi deyil, ətraf kənd və qəsəbələrdə yaşayan uşaqlara da xidmət göstərəcək.

Şəmkir rayon Təhsil Şöbəsinin Metodik Mərkəzinin direktoru Firdovsi Aslanov qeyd edib ki, Nizami Gəncəvi adına şəhər tam orta məktəbində distant təhsil mərkəzi artıq hazır vəziyyətdədir.

Onun sözlərinə görə, ilkin mərhələdə mərkəzdən fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan 50 nəfərin uşağın təhsil alması mümkün olacaq:

“ Gələcəkdə uşaqların say tərkibinə görə mərkəz genişləndirilə bilər. Burada əsasən fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan yəni konkret olaraq məktəbə gedə bilməyən uşaqlar yararlanacaq”. 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə