Sənaye parklarında çalışan sahibkarlar üçün təlimlər keçiriləcək

26-08-2016 / 13:22

Qeyri-neft sənayesinin davamlı inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və məhəllələri xüsusi rol oynayır.

Xebeler.az bildirir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, artıq Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Qaradağ Sənaye Parkı fəaliyyət göstərir:

“Neftçala Sənaye Məhəlləsində istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və digər hazırlıq işləri aparılır. Mingəçevir Sənaye Parkının və Masallı Sənaye Məhəlləsinin təşkili istiqamətində tədbirlər davam etdirilir. Sənaye parklarının və məhəllələrinin rezidentlərinin sayı da gündən-günə artır”.

Nazirlikdən bildirilib ki, bütün bunları nəzərə alaraq sənaye parkları və məhəllələrinin idarəedici təşkilatı və orada fəaliyyət göstərən sahibkarlar üçün təlimlər və digər maarifləndirmə tədbirləri təşkil olunacaq.

Sentyabr ayında başlayacaq təlimlər İqtisadiyyat Nazirliyinin müvafiq şöbələrinin və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən keçiriləcək. Təlimlərdə sənaye parklarının və məhəllələrinin idarəedici təşkilatları və sahibkarlar özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri, investisiya təşviqi mexanizminin tətbiqi qaydaları, lisenziyalaşdırma sahəsində həyata keçirilmiş islahatlar, sahibkarlara elektron xidmətlərin göstərilməsi, insan resurslarının idarə olunması və digər mövzularda məlumatlandırılacaq. (APA)

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.