Sənədin hazır olması SMS-lə bildiriləcək-Yenilik

15-01-2018 / 13:35

Hazırda Ready 2.0 avadanlığının sistemə qoşulması üzərində iş gedir. Bu avadanlıq ASAN xidmət mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır.

Xeberler.az bildirir ki, bunu müahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının Elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov  deyib.

Onun sözlərinə görə, vətəndaş artıq sənədi götürmək üçün operatora yox, hazır sənəd avadanlığına yaxınlaşacaq:

“Bu cihaz həm vətəndaşın, həm də mərkəzlərin işini asanlaşdıracaq. Sənəd hazır olan kimi həmin avadanlığa yerləşdiriləcək və vətəndaşa avtomatik sənədin hazır olması ilə bağlı SMS göndəriləcək”. (Report)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə