Sentyabrda Lenovo ThinkPad X301 ultra-nazik noutbukunun satışı başlanılır

26-08-2008 / 09:00
ThinkPad X300 modelinin alıcıları üçün yeni X301 indeksli noutbuk gəlir. Mobil platforma Centrino 2-dən və Intel Core 2 Duo-nun əlverişli proqressiv prosessorlarından istifadə etməsi, DDR3-1066 MHs yaddaşlı olması imkanları noutbukun sələflərində yoxdur. Lenovo ThinkPad X301 noutbukunun 2,5 sm qalınlıqda olan ultra-nazik konstruksiyadan  ibarət olması, optik ötürücü ilə qurulması onu əsas rəqibi Apple MacBook Air-dan fərqləndirir. Çəkisi 1,3 kq olan ThinkPad X301 noutbukları uzaq səfərlər zamanı istifadə üçün çox rahatdır. Bununla yanaşı, noutbukun yeni variantında enerjinin qənaət edilməsi üçün təkmilləşdirilmiş texnologiya tətbiq edilib ki, bu da kompüterin sərbəst işləmə müddətinin xeyli artmasına gətirib çıxarır.
ThinkPad X301 noutbukları 2008-ci il sentyabrın əvvəllərindən 2600 ABŞ dolları qiymətində satışa buraxılacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə