Sərfəli şərtlərlə Samsung S6 Edge almaq imkanı

24-05-2016 / 13:10

 Azercell Telekom Fakturalı Xətt abunəçiləri üçün çox sərfəli “Samsung S6 Edge“ kampaniyasına başlayır.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, mayın 23-dən kampaniya çərçivəsində bütün mövcud və Azercell şəbəkəsinə MND ilə keçən fakturalı xətt abunəçiləri Ekspres Ofislərinə müraciət edərək güzəştli şərtlərlə “Hədsiz”, “Hədsiz Zəng” və ya “Hədsiz İnternet”  tariflərinə qoşulub “Samsung S6 Edge“ telefonunu əldə edə bilər.

Telefonu əldə etdikdən sonra abunəçi 12/18 faktura dövrü ərzində aşağıdakı cədvələ uyğun olaraq aylıq abunə haqqı ödəməli olacaq:

Tarif paketinin adı

“Samsunq S6 Edge” markalı cihaz  ilə bağlı 12 Faktura dövrü ərzində ödənilən paketin və  cihazın cəmi haqqı (ƏDV daxil)

“Samsunq S6 Edge” markalı cihaz   ilə bağlı 18 Faktura dövrü ərzində ödənilən paketin və  cihazın cəmi haqqı (ƏDV daxil)

Hədsiz

139 AZN

109 AZN

Hədsiz Zəng

119 AZN

89 AZN

Hədsiz İnternet

109 AZN

79 AZN

Kampaniyaya qoşulma dərhal baş verir və “Hədsiz”, “Hədsiz Zəng” və  “Hədsiz İnternet”  tarif paketləri növbəti gündən aktivləşdirilir.

“Hədsiz Zəng” tarif  paketinə qoşulan abunəçilərə 2 faktura dövrü ərzində 1GB aylıq internet paketi sifariş edildikdə 2 dəfə pulsuz yararlanma imkanı təqdim olunur.  Abunəçi kampaniyaya yalnız öz nömrəsi ilə qoşula bilər.

Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Abunəçilər kampaniyadan yararlanmaq üçün istənilən Azercell Ekspres və ya Müştəri Xidmətləri ofislərinə müraciət edə bilər. 

Günel

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.