Sərxan Həşimov Azərbaycanı ABŞ-da təmsil edəcək

02-04-2018 / 12:32

Microsoft MDB İdarə Heyətinin üzvü, Azərbaycan, Türkmənistan və Tacikistan üzrə Baş Direktor Sərxan Həşimov ölkəmizi ABŞ-da təmsil edəcək.

Xeberler.az-ın məlumatına görə, S.Həşimov, bu ilin aprel və may aylarında ABŞ-da “Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində innovasiyalar və proqram təminatının yazılması” mövzusunda liderlik proqramında Azərbaycan üzrə nümayəndə qismində çıxış edəcək.

O, ABŞ-ın Vaşinqton və digər şəhərlərində Rumsfeld Fondu ve Jon Hopkins Universitetinin Mərkəzi Asiya ve Cənubi Qafqaz İnstitutu tərəfindən təşkil olunacaq proqramda “İnnovasiyalar” və “Bölgədə beynəlxalq bazara hazır ola biləcək yerli startapların yaradılması” mövzusunda ekspert kimi fikir mübadiləsi aparacaq.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 15 ildən artıq təcrübəyə malik olan İnnovasiyalar eksperti Sərxan Həşimov HP,  Oracle və SAP kimi beynəlxalq şirkətlərdə çalışıb. O, 2016-cı ildən Microsoft Azərbaycan şirkətinin baş direktoru vəzifəsində çalışır və bir müddət əvvəl Microsoft-un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə