Sevdiyiniz ətirləri ünvanınıza çatdıran Aromania.az

23-01-2017 / 10:37

Azərbaycanda yüksək keyfiyyətli brend ətirlərin rahat və sərfəli şəkildə onlayn satışını həyata keçirən internet mağazalardan biri də  Aromania.az şirkətidir.

Xeberler.az olaraq  saytın fəaliyyəti, xidmət istiqamətləri barədə Aromania şirkətinin direktoru Nəriman Əsədov ilə ətraflı söhbət etdik.

Şirkət direktoru bildirib ki, Aromania.az onlayn ətir butiki dünyanın 100-dən çox məşhur və sevilən brendinin 550-dən çox parfüm çeşidlərinin satışını həyata keçirir.

Onun sözlərinə görə, ətirlər Avropanın böyük parfüm istehsalçı parfüm zavodlarından birbaşa ölkəmizə gətizdirilərək, Bakıda qablaşdırılır və Aromania.az butikinin eksklüziv qablaşdırması, məxməri kisələr və xüsusi hədiyyə paketində müştərilərə təqdim olunur. 

Nəriman Əsədov qeyd edib ki, Aromania.az ətir alış-verişinin rahat şəkildə həyata keçirilməsi üçün nəzərdə tutulub. Belə ki, butikdə istədiyiniz ətri həm saytdan onlayn şəkildə, həm əlaqə nömrələrinə zəng edərək, həm də sosial şəbəkələr üzərində sifariş edə bilərsiniz:

“Daim yenilənən, funksional və innovativ Aromania.az saytında hər şey istifadəçilərin rahatlığı üçün düşünülüb. Saytda təqdim olunan ətirlər növlərinə, (Şərq üslublu, meyvəli, sitrus, ədviyyatlı, fujer, dəri və s.) notlarına, qiymətlərinə, populyarlıq dərəcəsi və digər xüsusiyyətlərə görə qruplaşdırılıb. Bundan başqa istifadəçilər həm sosial şəbəkələr üzərindən, həm də sayt üzərindən ətir haqda öz rəyləri ilə bölüşürlər. Qeyd olunan funksionallıqlar eyni zamanda Aromania.az saytına bir növ "ətir ensiklopediyası" formatlı veb-sayt statusu verir”.

O, əlavə edib ki, saytın ağıllı axtarış sistemi vasitəsilə istədiyiniz ətri rahatlıqla tapıb onlayn sifariş etmək mümkündür:

“Onlayn sifariş edən zaman ödənişlərinizin rahat həyata keçirilməsi üçün təqdim edilən istənilən ödəniş üsulundan (nəğd ödəniş, kredit və ya debit kartları ilə ödəniş, bank və ya poçt köçürmələri ilə ödəniş) yararlana bilərsiniz. Onlayn sifariş etməyinizə baxmayaraq ödəniş üsulu olaraq nəğd-çatdırılmada ödəmə seçmək imkanınız da var. Operator tərəfindən təsdiqlənən sifarişlər gün ərzində peşəkar kuryerlər vasitəsilə qısa zamanda istənilən ünvana pulsuz çatdırılır ”.

Şirkət direktoru əlavə edib ki, Aromania.az onlayn ətir butiki 2015-ci ilin noyabr ayından fəaliyyət göstərir, bu qısa zaman ərzində butik inkişaf edib və onlayn parfümeriya sahəsində bir sıra nailiyyətlər qazanıb. 2016-cı il dekabrın 22-də keçirilən Milli İnternet Mükafatı - MilliNet 2016  müsabiqəsində "Xidmət (Servis) - eTicarət nominasiyası üzrə II yerin sahibi olmuş, diplomla təltif olunub.

 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə