Şəxsi məlumatlarınızı barmaq izi ilə qoruyan proqram

10-02-2016 / 14:56

Məlumdur ki, artıq  ağıllı telefonlar istifadəçilər üçün xüsusi bir əhəmiyyət daşıyır. Şəxsi şəkil və videolardan əlavə sosial media hesabları, şəxsi qeydləriniz və kontaktınız ağıllı telefonlarda mühüm məlumatlardır. Bu məlumatların təhlükəsizliyini qorumaq üçün bir neçə tətbiqlər var. Belə tətbiqlərdən biri də 1Password tətbiqidir.

Xeberler.az-ın məlumatına görə, bir sənədi və ya tətbiqi şifrələyən 1Password yenilənən v6 versiyası ilə barmaq izi ilə təhlükəsizliyi təmin edir. Məsələn, sizin Instagram profiliniz gizlidir və telefonunuzdan da heç kimin baxmasını istəmirsiniz və yaxud qeydlərinizdə olan şəxsi məlumatlarınızın heç kimin görməsini istəmirsiniz. Belə olan halda 1Password tətbiqindən istifadə edərək şifrə və ya barmaq izi ilə bu məlumatlarınızı və tətbiqlərinizin təhlükəsizliyini qoruya bilərsiniz.

Bundan əlavə,  cihazınızda yadda qalan bütün şifrələrində təhlükəsizliyini qoruya bilərsiniz.

Olduqca istifadəyə yararlı olan tətbiqi həm Windows və Mac OS əməliyyat sistemlərinə,  həm də Android və iOS platformalı telefonlara yükləmək mümkündür.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə