Səyahəti sevənlər üçün maraqlı mobil tətbiq-VisitedX

27-04-2017 / 15:04

Azərbaycanlı İT mütəxəssislər səyahəti sevənlər üçün  maraqlı mobil  tətbiq yaradıb.

Belə ki, VisitedX adlı tətbiq ilə olduğunuz yerlər, gəzdiyiniz ölkələr barədə məlumatı dostlarınızla bölüşmək imkanı verir.

Qeyd edək ki, bu mobil tətbiqi İKT sektorunda maraqlı layihələri ilə yaxından tanıdığımız mütəxəssis Rüfət Babakişiyev və  biznes-mentor Samir Qənilinin təşəbbüsü ilə yaradılıb.

Rüfət Babakişiyev Xeberler.az-a bildirib ki, qlobal bazarda  bu layihəyə oxşar bir tətbiqi bəyəniblər və onun üzərində kiçik düzəlişlər edərək VisitedX-i yaradıblar.

Onun sözlərinə görə, mobil tətbiq bütün dünyada səyahəti  sevən və bu məlumatları dostları ilə paylaşamaq istəyən şəxslər üçün nəzərdə tutulub.

İT mütəxəssis qeyd edib ki, hazırda ölkələrin daxili xəritələri hazırlanır. Artıq 4 ölkənin (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ) xəritəsinin hazırlanması başa çatıb.

Rüfət Babakişiyev deyir ki, əsas məqsəd bu mobil tətbiqi dünyada 10 ən vacib tətbiqdən birinə çevirməkdir.

VisitedX-i sistemindən dilindən asılı olaraq rus, ingilis və türk dillərində istifadə edə bilərsiniz.

Öyrənirik ki, VisitedX-in funksionallığı daha da genişləndiriləcək.

Mobi tətbiqi Google Play-dən buradan, App Store-dan isə buradan yükləyə bilərsiniz.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə