Shazam istifadəçilərinə şad xəbər

14-10-2016 / 11:31

16 il və 1 milyard yüklənilmədən sonra gəlirli  şirkət halına gəldiyini elan edən Shazam bu uğurunu daha artıracaq yeni  bir seqmentə uzanıb.

Xeberler.az şirkətə istinadən məlumat verir ki, video kanallarını tətbiqin daxilinə əlavə edə Shazam, bu yeni xüsusiyyəti musiqi video platforması Vadio ilə birgə dövrəyə salıb.

Shazam-ın 120 milyon aktiv istifadəçisinin hamısını əhatə edən yeniliklə birlikdə, istifadəçilər eşitdikləi bir mahnını Shazam-ladıklarında mahnının rəsmi video klibi də nəticələr arasında göstərilir.

İstifadəçilər bu videoya toxunaraq izləyə bilir.  Video sona çatdığında isə Shazam Vadio dəstəyi sizə yeni musiqi videoları təklif edir. Təkliflərin dinlədiyiniz mahnıya bənzər olub- olmadığı, daha doğrusu tam olaraq hansı meyarlar əsas alınaraq edildiyi dəqiq deyil.

Reklamlarla birlikdə göstərilən bu videoların Shazam üçün yeni bir reklam sahəsi olduğunu deməyə əsas verir.

Buna əlavə olaraq,  videoların Shazam tətbiqi içində keçirilən müddəti ciddi ölçüdə artırma potensialı var. Shazam bu günə qədər istifadəçilərinin dörddə biri ilə birlikdə bu xüsusiyyəti test etdiyini və videolarla tətbiq içində keçirilən müddətin dörd qatına çıxdığını iddia edir.

 

Günel 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.