Şifrənin təhlükəsizlik səviyyəsini müəyyənləşdirən xidmət istifadəyə verilib

23-12-2015 / 13:08

Azərbaycanda şifrənin təhlükəsizlik səviyyəsini müəyyən edən xidmət işə salınıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) "Şifrə təhlükəsizliyi" xidmətini istifadəyə verməsi internet istifadəçilərinin işini asanlaşdırıb.

Qurumdan Xeberler.az-a verilən məlumata görə, mərkəzin saytında  təqdim olunan bu xidmət vasitəsi ilə hər bir istifadəçi özünün internet məkanda istifadə etdiyi şifrə kombinasiyalarının təhlükəsiz olub-olmadığını yoxlaya bilər.

Belə ki, istifadəçi saytda "Şifrə təhlükəsizliyi" bölməsinə daxil olaraq boşluğa şifrəni qeyd edir. Bundan sonra şifrənin mürəkkəbliyinin hansı səviyyədə olması yazı şəklində və faizlə göstərilir.

Xeberler.az
  


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.