Silikon Vadisinin investorları Azərbaycanın İKT sahəsi ilə maraqlanır

25-04-2015 / 12:51

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dünyanın ən nəhəng texnoloji mərkəzi hesab edilən ABŞ-ın Silikon Vadisində yerləşən biznes-inkubator - Qlobal Vençur Alyansının (GVA) prezidenti Məhəmməd Musayev  və Global Catalyst Partners (GCP) şirkətinin sədri və həmtəsisçisi, vençur kapitalı sərmayədarı Kamran Elahian ilə görüşüb.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, görüşdə qeyd edilib ki, Alyansın missiyası informasiya texnologiyalarının səmərəli tətbiqi ilə insanların həyatının daha da yaxşılaşdırılması, startapların aşkarlanması və inkişafına dəstək verilməsidir.

ABŞ, Yaponiya, Çin, Hindistan, İsrail kimi ölkələrdə iqtisadi inkişafın təmin edilməsinə yönələn müxtəlif innovativ ideya və layihələrin gerçəkləşməsinə dəstək verdiklərini bildirən K.Elahian bu baxımdan Azərbaycanın da maraq doğurduğunu, həmçinin ölkəmizə sərmayə qoymaq niyyətində olduqlarını bildirib.

Görüşdə investorlar tərəfindən irəli sürülən təkliflərin müvafiq qurumlarla müzakirələrdən sonra dəyərləndirilməsi qərara alınıb. 

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə