SIM kartsız iPhone modelləri artıq satışda

08-01-2015 / 15:21

Texnologiya dünyasında "ağıllı" telefonların döyüşü gedərkən Apple bir hücum daha edərək "SIM kartsız iPhone" konsepsiyasını gündəmə gətirib.

“Apple” şirkəti iPhone 6 və iPhone 6 Plus modellerinin SİM kart olmayan versiyalarını iPhone sevərlərə təqdim edib. SIM kartsız iPhone-lar ilk olaraq ABŞ bazarında yerini alıb.

Apple-ın ABŞ bazarında həyata keçirdiyi SIM kartsız iPhone-lar Unlocked, yəni açarsız adlandırılır. Digər iPhone versiyalarından fərqi isə kontrakt və ya operator məhdudlaşdırması olmadan SIM kartsız modellərin şəbəkəyə avtomatik olaraq qoşula bilməsidir. Yəni GSM moduluna sahibdir.

SIM kartsız iPhonelar -ın baza qiyməti isə 649 dollardır (16 Gb-lıq iPhone 6). 128 Gb-lıq iPhone 6-nın qiyməti isə 949 dollar müəyyən olunub. iPhone 6 Plus-un baza satış qiyməti isə 749 dollar olaraq təyin olunub.

SIM kartsız iPhone-lar hələlik yalnız ABŞ və İngiltərədə aktiv olaraq istifadə oluna bilir.

                                                                                   

                                                                             Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə