SimSim abonentləri İtaliya və Belarusda da öz nömrələrindən istifadə edəcəklər

06-12-2008 / 16:53

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinin SimSim abonentləri İtaliya və Belarusda da öz nömrələrindən istifadə edə biləcəklər. Bu barədə «APA-ECONOMICS»ə «Azercell Telecom» şirkətinin Bakıdakı baş ofisindən məlumat verilib.

Hazırda «Azercell» 14 ölkədə 18 mobil şəbəkə operatoru ilə «Camel» xidmətinə qoşulub.

İndiyə qədər «Azercell»in fakturasız xətt abonentləri Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Moldova, İsrail və Qazaxıstanda rouminq xidmətindən yararlanıblar.

Qeyd edək ki, «Azercell» şirkəti 2007-ci ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fakturasız xətt abonentləri üçün «RoamCELL» xidmətini istifadəyə verib. Bu xidmət, ilk dəfə Türkiyənin «Turkcell» operatoru ilə reallaşdırılıb.

Xatırladaq ki, «RoamCELL» xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq lazımdır.

Qeyd edək ki, 1996-cı ildə yaradılan və ümumilikdə 3,5 mln. abunəçisi olan «Azercell» şirkəti indiyədək 146 ölkənin mobil rabitə operatorları ilə 366 rouminq sazişi bağlayıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.