SimSim abunəçiləri üçün 40 faizlik endirim

03-02-2016 / 17:28

Azercell yeni sərfəli Kombo tarif paketini istifadəyə verdi.

 Azercell  2016-cı il üçün hazırladığı yenilikləri təqdim etməkdə davam edir. Şirkət növbəti dəfə Fakturasız Xətt (SimSim) Abunəçilərini yeni tarif paketi ilə sevindirir. Belə ki, 2 fevral tarixindən etibarən Azercell Fakturasız Xətt abunəçilləri üçün yeni KOMBO tarif paketi istifadəyə verildi.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, iki paketden (Kombo 8 və Kombo 16) ibarət olan Kombo tarifi abunəçilərə rahatlıq və qənaət etmək imkanı verir.

Rahatliq - Kombo paketlərində dəqiqə, İnternet və SMS eyni paketdədir. Abunəçilər bu paketlərə ayda bir dəfə qoşulmaqla, danışıq dəqiqələrini,  SMS və Mobil Internet paketini  birdəfəyə almış olacaqlar.

 Qənaət -Kombo paketlərinə qoşulmaqla abunəçilər mobil xərclərinə ən azı 40% qənaət etmiş olurlar.  Kombo paketlərində danışıq dəqiqələri, internet və SMS həcmlərinə görə ümumi paket qiyməti, bu həcmlərə ayrı-ayrılıqda verilən bütöv məbləğdən ən az 40 faiz endirimlə təklif olunur.

Daha bir üstünlük isə şəbəkədaxili sms-in limitsiz olmasıdır. Yəni, bu tarif paketinə qoşulan abunəçilər ay boyunca sevdiklərinə istədikləri qədər pulsuz şəbəkədaxili sms göndərmək imkanı qazanırlar.

Qeyd edək ki, paketlər hər ay avtomatik yenilənir və bununla da abunəçiyə həm ay ərzində mobil istifadə üçün lazım olan hər şeyi birdəfəyə almaq rahatlığı yaradır. Bu paketlər abunəçilərə, həm də onlara ay ərzində telefon xərclərini idarə etmək imkanı verir. Bu tarifin daha bir üstünlüyü ondan ibarətdir ki,  ay ərzində paketdaxili həcmlər 30 gündən tez bitərsə, abunəçilər endirimli əlavə internet və əlavə şəbəkədaxili dəqiqə paketlərindən istifadə etmək imkanı əldə edir. Kombo tarif paketinə qoşulmaq üçün abunəçilər Kombo 8 və ya Kombo 16 açar sözünü yazıb 7575-ə göndərə bilər.

Xeberler.az

 

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.