“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009 / 17:35

Azərbaycanın “Sinam” şirkətinin biznes inkişafı üzrə direktoru İslam Əhmədov Parisdə keçirilmiş “Cisco Partner Velocity” adlı konfransda iştirak edib.

Şirkətin başı ofisindən verilən məlumata görə, “Sinam” sözügedən konfransda “Cisco”nun dəvəti ilə iştirak edib. Konfrans çərçivəsində “Cisco” və “Sinam” şirkətlərinin Azərbaycanda birgə marketinq proqramının həyata keçirilməsi məsələsi üzrə razılıq əldə olunub.

Tədbirdə informasiya-kommunikasiya texnologiyaları sahəsində trendlər, bazarın imkanları və müəssisə və təşkilatların İKT sahəsində əsas prioritetləri müzakirə olunub. “Cisco” şirkətinin aparıcı mütəxəssisləri konfrans iştirakçılarına “Cisco”nun məhsul və həllərinin rəqabət üstünlükləri haqda danışıb, marketinq, satış və s. kimi istiqamətlər üzrə master-klasslar keçiriblər. Konfrans çərçivəsində iştirakçılar həmçinin təcrübə mübadiləsi aparmaq üçün imkanından rasional istifadə ediblər.

Qeyd edək ki, “Sinam” şirkəti “Cisco”nun Azərbaycandakı yerli tərəfdaşlarından biridir. Hazırda “Sinam” şirkəti Cənubi Qafqazda ilk dəfə olaraq “Cisco Silver Partner” statusunun əldə olunması üçün sertifikasiyadan keçir.

Xatırladaq ki, “Sinam” şirkəti Azərbaycanın informasiya texnologiyaları bazarında 14 ildir fəaliyyət göstərir. “Sinam” yerli bazarda müasir informasiya texnologiyalarının və həllərinin təchizatçısıdır. Şirkətin fəaliyyəti Azərbaycanın müxtəlif institutlarının biznes-proseslərinin səmərəliliyinin artırılmasına və optimallaşdırılmasına, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, həmçinin yeni Azərbaycanın cəmiyyətində informasiya mübadiləsinin təkmilləşdirilməsinə istiqamətlənir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə