Şirkətinizi Facebook-dan idarə edin- Yenilik

04-02-2016 / 14:21

Facebook uzun müddətdir gözlənilən professional şəbəkəsi Facebook at Work üçün hazırlıqlarını tamamlayır.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Facebook-un sınaq məqsədli ilk mobil tətbiqlərini müəyyən istifadəçilərə açdığı Facebook at Work-ün veb səhifəsi istifadəyə verilib.

Belə ki, work.fb.com ünvanına daxil olaraq Facebook at Work-lə bağlı  bütün məlumatları görmək mümkündür. Facebook at Work şirkətlər üçün xüsusi  bir şəbəkə yaratmağınızı və bu şəbəkə üzərindən komandanızla və şirkətinizlə əlaqədə olmağınızı təmin edir.

Facebook sosial şəbəkəsində olduğu kimi Facebook at Work şəbəkəsində də hesabınızda olan yenilikləri, xəbərləri izləmək mümkündür.

Məlumat verdiyimiz kimi, Facebook at Work-ü yanvarın 2015-dən bu günə qədər bir neçə şirkətdə sınaqdan keçirib.

Facebook at Work-ün icraçılarından Julien Codorniou keçən ilin sentyabr ayında Re/Code-a verdiyi müsahibədə platformanın 20015-ci ilin sonunda freemium versiyasını təqdim edəcəklərini bildirmişdi.

 

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə