Şirkətlər Bakutel-də iştirak üçün nə qədər ödəyir? –Araşdırma

28-11-2017 / 15:59

Məlumat verdiyimiz kimi, 5-8 dekabr tarixlərində Bakıda Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə növbəti  Bakutel Sərgi-Konfransı keçiriləcək.

Hər il Bakutel sərgisində çox sayda xarici və yerli İT şirkətlər öz yeni məhsullarını təqdim edir.

Sərgidə şirkətlərin iştirak şərtləri və ödənişləri ilə bağlı saytımıza çox sayda müraciət daxil olur.

Xeberler.az olaraq bu barədə kiçik araşdırma etdik:

Bakutel-in rəsmi internet səhifəsində qeyd edilib ki, sərgi sahəsinin əvvəlcədən sifariş olunması və ya sərgidə iştirakın sifariş edilməsi üçün müəyyən qaydalar var.

Belə ki, sərgidə 3 formada yer ala bilərsiniz:

Boş sahə (ən azı 12 kv.m): buraya daxildir, sahə, keçidlərin təmizlənməsi və pavilyonun ümumi mühafizəsi.

Avadanlıqla təchiz olunmuş sahə (ən azı 9 kv.m): buraya daxildir, arxa və yan divarlar, xalça, şirkətin adını əks etdirən lövhə, 1 masa, 2 stul, zibil vedrəsi, elektrik təchizatı (3kVt), 1 ədəd elektrik bağlantısı (220 volt) və hər bir 4 kv.m ərazi üçün 1 ədəd işıqlandırma lampası.

Pavilyondan kənarda sahə: buraya isə sahə və keçidlərin təmizlənməsi daxildir.

Qiymətlərə gəlincə, qeyd edilib ki, yalnız sahə üçün 1 kvadrat metrə 245 avro (495 AZN) ödəməlisiniz.

Avadanlıqla təchiz olunmuş sahənin 1 kvadrat metri isə 305 avrodur (616 AZN) .

Yalnız xarici sahənin 1 kvadrat metrinə də 130 avro (262 AZN) ödəyərək sərgiyə qatıla bilərsiniz.  

Bunan əlavə, şirkətlər barədə sərginin rəsmi kataloqunda rəngli səhifələrlə məlumat yerləşdirilməsi də ödənişlidir. Belə ki, 1 səhifənin qiyməti  900 avrodur (1818 AZN).

Qeyd edilib ki, ödənişlər 3 hissədə həyata keçirlə bilər.

Belə ki, ödənişin 20 faizini müqavilənin imzalanmasından 10 gün müddətində, 40 faizini sərginin başlamasına ən azı 5 ay qalmış, 40 faizini isə sərgiyə ən azı 2 qay qalmış həyata keçirmək lazımdır.

Bütün ödənişlər bank köçürmələri ilə qəbul edilir.

İKT sektrorunda sərgi ilə bağlı iddilarda o da yer alır ki, iştirak üçün qiymətlər baha olduğu yerli İT şirkətlərin bəziləri Bakutel-ə qatılmaqdan imtina edir.

Məlumata görə, bu il Bakutel sərgisində dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir.

Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı İnternet, 4G-5G mobil texnologiyaları, optik lifli texnologiya və Bulud texnologiyaları üzrə xidmətlər təklif olunacaq.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.