Şirkətlər fərdi kompüterdən istifadəyə üstünlük verir

30-09-2015 / 10:08

Portativ qurğuların artmaqda olan populyarlığına baxmayaraq masaüstü kompüterlər korporativ istifadəçilər üçün prioritet olaraq qalır.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu barədə Avropa şirkətlərinin 600 rəhbər və meneceri arasında sorğu keçirən IDC analitik şirkətinin hesabatında deyilir.

Respondentlərin 84 faizi bildirib ki, iş məqsədləri üçün fərdi kompüter almaq imkanını nəzərdən keçirir, çünki onlar məhsuldarlığı, möhkəmliyi, uzunmüddətli istismarı və qiymətinin ucuz olması ilə seçilir.

Tədqiqatdan məlum olub ki, masaüstü kompüterlərin orta istismar müddəti portativ qurğuların istismar müddətindən bir il çoxdur ki, bu da şirkətlərə ümumi xərcləri azaltmağa imkan verir.

“Qiymətinin aşağı olması və möhkəmlilik fərdi kompüterləri büdcəsi məhdud şirkətlər üçün ən yaxşı seçim edir. Bundan başqa, masaüstü kompüterlərin yüksək mühafizəsi sığorta, maliyyə və bank işi bazarlarını təmsil edən şirkətlər, eləcə də dövlət müəssisələri üçün əlverişlidir”, - IDC analitiki Masik Qorninski bildirib.

Həmçinin sorğunun nəticələrindən bəlli olub ki, şirkətlərin 40 faizi kompüterləri yaxın 1 ildə Windows 10 əməliyyat sisteminə keçirməyə hazırlaşır.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.