Şirkətlər İT mütəxəssis və proqramçı axtarır

25-07-2015 / 12:31

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Lifestudio 18-28 yaşlarında, 1 ilə yaxın iş təcrübəsi olan şəxslər üçün veb-proqramçı vəzifəsinə vakansiya elan edir.  Şirkət namizəddən HTML, Css, PHP bilikləri, Css frameworklər, OOP haqqında anlayış, Lokal portfulio varsa CV ilə birlikdə göndərilə bilər. Əmək haqqı 200-400 AZN-dir.
Telefon: (012) 567-86-35
E-mail: [email protected]
Maraqlanan şəxslər CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Dispoint Agency 25-28 yaşlarında, ali təhsilli, iş təcrübəsi 1 ilə yaxın olan şəxsləri kontent menecer vəzifəsinə işə dəvət edir. Şirkət bildirir ki, namizədlər rus və ingilis dillərində səlis danışıq qabiliyyətinə malik olmalı, namizəd sosial media sahəsində mütəxəssis  olmalı, bu sahədə azı 1 il fəaliyyət göstərməlidir. Əmək haqqı 300-500 AZN-dir.
Telefon: (012) 409-08-49
E-mail: [email protected]
Maraqlanan şəxslər CV-lərini [email protected] e-poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

MilliKart MMC 21-30 yaşlarında, ali təhsilli, 1 ilə yaxın iş təcrübəsi olan şəxsləri dələduzluq hallarına nəzarət üzrə kiçik mütəxəssis vəzifəsinə qəbul edir. Şirkət namizəddən Azərbaycan dili səlis, rus dili əla, ingilis dili orta səviyyədə, kompüter biliyi - MS Office biliyi tələb edir. Şirkət vakansiyada qeyd edib ki, hərbi xidmət keçmiş kişi namizədlər, standart qrafik əsasında gecə növbəsində işləyə bilən işçilər müraciət etsin. Əmək haqqı 300-400 AZN-dir. Əlaqədar şəxs Allahverdiyeva Gülnar
Telefon: (012) 431-22-20
E-mail: [email protected]
Tələblərə uyğun namizədlər CV-ni [email protected]  ünvanına vakansiyanın adını "Kiçik mütəxəssis" qeyd edərək göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Avirtel şirkəti 25-50 yaşlarında, İT texnik kimi bakalavr dərəcəsi, 3 ildən 5 ilə qədər iş təcrübəsi, minimum 3 il sistem administrasiyası üzrə təcrübəsi olan şəxsləri sistem administratoru vəzifəsinə dəvət edir. Microsoft Server and Exchange proqramları üzrə sistem administrasiyası, sistem mühəndisliyi sertifikatı olanlara, Linux sertifikatı, SQL database (MySQL), HP hardware bilikləri olan namizədlərə üstünlük veriləcək. Əmək haqqı 700-1000 AZN-dir. Əlaqədar şəxs Quliyeva Rəna
Telefon: (012) 404-12-40
E-mail: [email protected]
Tələblərə uyğun namizədlər CV-ni  [email protected]  ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Net Media şirkəti Web proqramçı vakansiyasını elan edir. Namizəd informatika və ya riyaziyyat ixtisasları üzrə texniki-ali təhsil, Azərbaycan və rus dillərində sərbəst danışığa malik olmalıdır. Şirkət namizəddən sayt və portalların hazırlanması, PHP-MYSQL üzrə dərin biliklər və iş təcrübəsi 
İnterfeys proqramlaşdırma sahəsi üzrə dərin biliklər HTML, CSS, JavaScript, jQuery, AJAX tələb edir. Əmək haqqı 650 AZN-dir. Əlaqədar şəxs  Natiq müəllim
Telefon: 0124379009
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Göygöl Şərab Zavodu ASC-yə 1C proqramçı tələb olunur. Şirkət namziəddən ali təhsil, tələb olunan vəzifə üzrə ən azı 1 il iş təcrübəsi, 1C proqramının 8. versiyasınının proqramlaşdırılmasını, proqram inzibatçılığını bilməyi tələb edir. Əmək haqqı 700 AZN-dir.
Tələblərə uyğun olan namizədlər mövzu qismində müraciət edilən vakansiyanın adını qeyd edərək  CV-lərini [email protected] elektron ünvana göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Sinteks şirkəti İT asistent vakansiyasını elan edir. Şirkət namizəddən mağaza və anbara məxsus bütün kompüter, planşet, printer, skaner, kamera və digər İT  avadanlıqların işinin fəaliyyətinin fasiləsizliyinin təminatını, kompüterdə və avadanlıqlarda hər-hansı nasazlıq baş verdikdə problemin , mümkün olmadıqda servis mərkəzinə çatdırılmasını təmin etmək tələb edir.
Uyğun namizədlərdən CV-lərini [email protected]  ünvanına, mövzu yerinə vakansiyanın və saytın adını qeyd etməklə göndərmələri xahiş olunur.
Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə