Şirkətlər İT mütəxəssis və veb dizayner axtarır

20-12-2015 / 16:05

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Beyli Technologies 25-38 yaşlarında, ali təhsilli, 1 illik iş təcrübəsi olan xanım veb dizayner axtarır.
Namizəddən Photoshop, Adobe Illustrator, Corel Draw-da işləməyi bacarmaq, HTML / CSS, UI / UX-I bilmək tələb olunur.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Prosys MMC İT vəya texniki elmlər sahəsində təhsil, avadanlıq və əməliyyat sistemləri üzrə idarəetmə təcrübəsi, İT sahəsində ən azı 3 illik təcrübə, “Database“ struktur haqqında məlumatlı olmaq, Microsoft Windows 2003,2008,2012,XP/Vista/7/8, Microsoft Exchange server, TCP/IP, LAN, WAN, VPN bilikləri olan texniki işlər üzrə mühəndis vəzifəsinə vakansiya elan edir.
Şirkət tələb edir ki, namizəd server, network avadanlığın və istifadəçi PC / telefon sistemlərinin quraşdırılması ,aktiv və passiv LAN, WAN, təhlükəsizlik və stansiya sistemlərinin fəal olaraq təhlilini və əməliyyatını icra etmək bacarığına malik olmalıdır.
Əməkhaqqı 500-1000 AZN
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Voida şirkəti 18-35 yaşlarında, alitəhsilli, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan, Linux əməliyyat sistemi ilə işləməyi bacaran sistem dministratoru axtarır. Əməkhaqqı 600-900 AZN

Telefon: (012) 464-93-18
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

BB TV Kommunikeyşn MMC proqramlaşdırma meneceri vəzifəsinə namizəd axtarır.

Namizəddən kommunikasiya, ictimai və ya mediya administrasiyası və ya yayıma birbaşa aidiyyatı olan texniki proqram üzrə bakalavr dərəcəsinin olması tələb olunur. Rəqəmsal marketinq/mediya və kontentini darə edilməsi və ya buna oxşar sahədə 2 ildən artıq iş təcrübəsi, Azərbaycan, rus və türk dillərini səlist, ingilis dilini isə orta səviyyədə bilmək tələb olunur. 

E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Digital Services Company texniki sahədə ali təhsil, 2 illik iş təcrübəsi, 2 il PHP üzrə iş təcrübəsi, PERL, HTML, CSS, Javascript, AJAX bilikləri, o cümlədən veb texnologiyalarla işləmək bacarığına malik veb developer vakansiyasını elan edir.
Namizəddən kodlaşdırma, MySQL, PostgreSQL, Oracle vəya MSSQL və SQL bilikləri və verilənlər bazası sistemləri ilə işləmək tələb olunur. Namizəd ingilis, Azərbaycan və rus dillərində danışıq qabiliyyətinə malik olmalıdır.
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

CyberNet ali texniki təhsilli, eyni vəzifədə ən azı 2 il iş təcrübəsi, alqoritmləşdirmə bacarığı, proqramlaşdırma dilləri: Java, PL/SQL, Verilənlər Bazasının İdarəet mə Sistemləri(VBİS): Oracle və ya MySQL, texnologiyalar: Java SE/EE, JAX-WS, JAX-RS, Hibernate bilən proqram yaradan Software developer axtarılır.
Namizəddən proqram təminatının (WEB application, RESTFull (JAX-RS) web services) hazırlanması və düzəlişlərin edilməsi, proqram təminatında yaranan xətaların aradan qaldırılması tələb olunur.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Software developer” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Effective Company 25-60 yaşlarında, ali təhsilli, 2-5 il iş təcrübəsi   olan,  rus və ingilis dilini bilən proqramçı vəzifəsinə işçi axtarır. Namizəddən PHP, HTBL, MYSGL, CSS ofis proqramlarını bilmək tələb olunur.
Əmək haqqı 500-1000 AZN
Telefon: 598-86-82
E-mail: hreffective.az
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

DIVI Corporation ali təhsilli, iş təcrübəsi 1 il olan telekommunikasiya üzrə mühəndis vəzifəsinə vakansiya elan edir. Namizəddən rus dili tələb olunur.
Əmək haqqı 400-500 AZN
Telefon: 497 31 21
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Kerkom şirkəti 18-25yaşlarında, müvafiq sahə üzrə 1 illik iş təcrübəsi, yüksək səviyyədə Azərbaycan dili biliyi olan SMM (social media marketing) üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Namizəddən dizayn proqramları üzrə biliklər (Photoshop, Corel Draw), Facebook, Instagram və digər sosial şəbəkələrdə aktivlik tələb olunur.
CV-ləri [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə