Şirkətlər xarici dilləri bilən İT mütəxəssis axtarır

26-09-2015 / 11:39

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Yapıkredi Bank İT mühəndisliyi, Sənaye mühəndisliyi, Kompüter mühəndisliyi, Elektrik mühəndisliyi və digər İT ilə əlaqəli  məzunlarını işə dəvət edir. Namizədlər İT ödəmə sistemləri, kart və kredit proqram təminatı, ödəmə sistemləri,digital kanalların proqram təminatı (POS, ATM, İnternet Bankçılıq, Mobil Bankçılıq, Telefon  Mərkəzi, IAS, DWH), C#, .Net, Java, Oracle PL/SQL, bu sahədə 5 il iş təcrübəsinə sahib olmalıdır. Həmçinin  ingilis dilində texniki dil bilikləri, üçüncü tərəf proqram təminatı firmaların idarə edilməsi üzrə bacarıqlara malik olmalıdır.
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Radi şirkəti yüksək səviyyəli kompüter bilikləri olan veb dizayner axtarır. Namizəddən Adobe PhotoShop, Adobе Illustrator kimi qrafik proqramlarda çalışma bacarığı olan, MS Office proqramlarında operativ çalışma, Adobe Flash, 3D Max və ya Cinema 4D, Adobе InDesign (arzuolunandır), Web design, brending üzrə biliklər, müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi tələb olunur.
Telefon: 0502520329
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Atəşgah sığorta 21-30 yaşlarında, müvafiq sahədə ali təhsil (İnformasiya texnologiyaları, kibernetika, kompüter mühəndisliyi və s.), kompüter və avadanlıqlarla (printer, skayner və s.) işləmə bacarığı, şəbəkənin və serverlərin əsaslarına dair minimal nəzəri və praktik bilikləri olan şəxsləri işə dəvət edir. Namizəddəm  “Help desk” dəstəyin təmin olunması üzrə təlim və ya təcrübənin olması (üstünlük verilir), Azərbaycan dili və rus dili tələb olunur. Əmək haqqı 300 AZN
Əlaqələndirici şəxs: HR Departament (012) 940
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Human Capital Baku İT texnik vakansiyasını elan edir. Namizədlərdən ali texniki təhsilli, Azərbaycan və rus dili bilikləri, 1 ildən çox iş təcrübəsi, MS Outlook, Word, Excel-də işləmək bacarığı tələb olunur. Əmək haqqı 500-600 AZN
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

SOCAR Midstream Operations Limited ali texniki təhsilli, müvafiq sahə üzrə 5-7 il iş təcrübəsi olan İT mütəxəssis vakansiyasını elan edir. Namizəddən Azərbaycan dili , rus dili və ingilis dili bilikləri tələb olunur. 
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

GameRay şirkəti minimumk 1 il iş təcrübəsi olan, orta təhsilli şəxsləri proqramçı vəzifəsinə dəvət edir. Namizəddən texniki ingilis dil biliyi tələb olunur.
Telefon: 0556093932
Email: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Mərkəzi Bank mühəndis-proqramçı üzrə vakansiya elan edir. Namizədlərdən C#, ASP NET, ASP NET MVC, Oracle APEX, Oracle SQL, PL/SQL üzrə biliklər, müasir proqram və texniki platformalar üzrə nəzəri , ofis proqram təminatları və əməliyyat sistemləri , proqramlaşdırılacaq məsələlər üzrə texniki tapşırıqların hazırlanması və alqoritmlərin tərtib edilməsi üzrə biliklər tələb olunur. Müraciət edən namizədlər proqramalaşdırma sahəsi üzrə 2 il iş təcrübəsinə malik olmalıdır. 
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə