Şirkətlər xarici dilləri bilən İT mütəxəssis axtarır

21-11-2015 / 15:53

Xəbərlər “İnformasiya texnologiyaları (İT) sahəsində vakansiya” layihəsi çərçivəsində bu həftə üçün  İT sahəsində olan vakansiya yerlərini təqdim edir:

Mətanət A şirkəti 23 - 40 yaşlarında, ali təhsilli, rus, ingilis, türk dillərini bilən 3D dizayner vakansiyasını elan edir. Namizəddən SD modellərin hazırlanması, qrafik proqramlardan istifadə edərək video faylların xüsusi effektlərlə yaradılması və montaj edilməsi, səs faylları ilə işləmə bacarığı, kompüter bilikləri: Corel Draw, Photoshop-da işləmək bacarığı tələb olunur. Əmək haqqı 800 – 1000 AZN-dir
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Airmedia MMC 22-35 yaşlarında ali təhsilli, 3 ildən 5 ilə qədər iş təcrübəsi olan qrafik dizayner vəzifəsinə vakansiya elan edir. Namizəddən reklam sahəsində hər növ dizayn işlərinin görülməsi, şirkətə gələn sifarişlərin dizaynını hazırlamaq, Adobe PhotoShop, Adobе Illustrator, Adobе InDesign CorelDraw, qrafik proqramlarında çalışma bacarığı, kataloq, buklet, jurnal, flayer və s. kimi mətbəə məhsullarının dizaynı tələb olunur.
Uyğun namizədlər işə qəbul üçün şəkili, CV-ni və portfolionu [email protected] elektron poçt ünvanına  mövzü yerinə "Qrafik Dizayner" yazıb göndərməlidir.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Veysəloğlu Şirkətlər Qrupu 23-40 yaşlarında, iş təcrübəsi 1 ildən 3 ilə qədər olan şəxsləri dizayner-rəssam kimi işə dəvət edir. Namizəddən Corel draw, Adobe photoshop dizayn proqram biliklərinin olması, montaj və qrafika proqramlarını bilmək tələb olunur. Əlaqədar şəxs Pərviz Əliyevdir.

Əmək haqqı 1000 AZN-dir.
Telefon: 4472700
Email: [email protected]
Müraciət edənlər [email protected] ünvanına mövzu yerində "Dizayner" yazaraq CV göndərə bilərlər.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

İT şirkətə veb developer axtarılır. Namizəd ən azı 2 il iş təcrübəli olmalı, PHP, MYSQL - yüksək səviyyədə, Javascript, Html, Css, Jquery, OOP, Responsive dizayn - yaxşı səviyyədə, ingilis, rus dilini yaxşı başa düşməlidir. Əmək haqqı 1000 AZN-dir.
CV və portfolionuzu [email protected] adresinə göndərə bilərsiniz.
Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Dəmir Bank 25-30 yaşlarında, texniki sahə üzrə ali təhsil, bu sahədə ən azı 1 il iş təcrübəsi olan proqramçı vakansiyasını elan edir. Namizəddən dil biliklərinin Azərbaycan (mükəmməl), rus (yaxşı) və ingilis dili (yaxşı) olması, ORACLE PL SQL proqramında işləmək bacarığı tələb olunur.

Əmək haqqı 1000 AZN-dir.

Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Avropa Azərbaycan Cəmiyyəti HTML, CSS texnologiyaları , JavaScript, AJAX və Jquery texnologiyaları sahəsində yüksək biliyə malik olan kontent meneceri və developer axtarır.
Namizəd Photoshop proqramında şəkilləri redaktə etmək və sayta yerləşdirmək üçün hazırlamaq bacarığı, sosial Media Marketinq (SMM) vasitəsi ilə layihələrin təbliği sahəsində təcrübəyə malik olmalıdır. Kommunikasiya, təşkilatçlıq qabiliyyəti və komandada iş bacarığı, internet şəbəkəsinin və ofis proqramlarının sərbəst istifadəçisi olmaq, content Management System (CMS) vasitəsilə materialları dinamik saytlara daxil etmək bacarığı, Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilmək  də əsas şərtlərdəndir.

Daha ətraflı məlumatı buradan almaq mümkündür.

Flexible Solutions 18-40 yaşlarında, 1 ildən 3 ilə qədər iş təcrübəsi olan şəxsləri veb proqramçı vəzifəsinə işə dəvət edir. Namizəddən HTML, CSS, JavaScript (JQUERY), PHP, MySQL dillərini bilmək tələb olunur.

Əmək Haqqı 1200-1500 AZN
Telefon: (012) 498-23-84
E-mail: [email protected]
Daha ətraflı məlumatı buradan almaq mümkündür. 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə