Siz sual verin, məşhurlar cavablasın- Yenilik

09-12-2017 / 10:36

Google yeni xidmətini sınaqdan keçirir. Belə ki, bununla da  Google-da məşhurlar barədə axtarış edilən sualları elə onların özləri cavablayacaq.

Xeberler.az məlumat verir ki, dünyanın ən çox istifadə edilən axtarış sistemi Google mobil tətbiqinə yeni bir xüsusiyyət əlavə etdiyini açıqlayıb.

Qeyd edilib ki, məşhurlar  özləri haqqında ən çox axtarılan suallar üçün selfie videosu çəkəcək və onlar haqda izləyicilərini maraqlandıran suallara cavab verəcək.

Məlumata görə, yeni xüsusiyyət Google-da yenilənən bir tətbiq ilə ABŞ-da istifadəyə verilib.

Google tətbiqin yalnız mobildə işləyəcəyini xüsusi vurğulayıb. Şirkət əlavə edib ki, yenilik gələcəkdə kompüterdən edilən axtarışlara da şamil ediləcək.

Google mobil axtarış sistemində hazırda haqlarında axtarılan sualları cavablayan 11 məşhur var:

-Priyanka Chopra, Will Ferrell, Tracee Ellis Ross, Gina Rodriguez, Kenan Thompson, Allison Williams, Nick Jonas, Mark Wahlberg, James Franco, Seth MacFarlane ve Dominique Ansel.

 Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə